Təlimlər
Sahibkarlıq və Biznes İdarəçiliyi
Biznes ideyasından biznes plana, maliyyə strategiyasından satışa qədər sahibkarlığın əsasları.
Marsol Academy olaraq, illərin təcrübəsi və yenilikçi yanaşmamızla fərdi inkişafı, biznes bacarıqlarını və sahibkarlıq düşüncəsini gücləndiririk. Təlimlərimiz və layihələrimiz sayəsində yüzlərlə gəncə və mütəxəssisə dəstək olmuşuq.
Təlimlərimiz real bazar tələblərinə uyğun hazırlanır və iştirakçılara həm nəzəri, həm də praktik biliklər qazandırır.
Bütün təlimlər
Təlimlər
Biznes ideyasından biznes plana, maliyyə strategiyasından satışa qədər sahibkarlığın əsasları.
Təlimlər
Proqramlaşdırma, süni intellekt və rəqəmsal alətlərin biznesdə tətbiqi.
Təlimlər
Liderlik strategiyaları, komanda dinamikası və effektiv ünsiyyət bacarıqları.
Təlimlər
Maliyyə planlaması, investisiya strategiyaları və büdcə idarəçiliyi.
Təlimlərimiz və layihələrimiz sayəsində yüzlərlə gəncə və mütəxəssisə dəstək olmuşuq.
Təlimlər, MasterClass-lar, P4C sessiyaları, ofis və istehsalat ziyarətləri.
Proqramlarımız dörd əsas istiqamət üzrə qurulub.
Sahibkarlar və şirkət rəhbərləri ilə görüşlər, ofis və istehsalat ziyarətləri.
Biznes ideyasından biznes plana qədər real layihələr üzərində iş.
Komanda işi, ünsiyyət, qərarvermə və özünəinam.
Texnologiya, süni intellekt və rəqəmsal alətlərdən istifadə.
Təlimlərimizdən, P4C workshoplarımızdan və ziyarətlərimizdən kadrlar.
Bütün qalereyaÖvladları Marsol Academy-də təhsil alan valideynlərin fikirləri.
Gələcəyin sahibkarlarını hazırlayan bu layihə uşaqların bilik və bacarıqlarını artırmağa, iş yerləri ilə yaxından tanış olub iş adamlarından məsləhətlər almağa imkan yaradır. Həm ölkə daxili, həm də xarici ölkələrə təşkil olunan səfərlər uşaqlar üçün çox maraqlı olur. Bu layihəni təşkil etdiyiniz üçün sizə təşəkkür edirəm.
Oğlum Marsolda oxuduğu üçün çox şanslı hiss edirik. Gənc yaşda biznesin dərinliklərini öyrənib, sahibkarlıq bacarıqlarına yiyələnməklə gələcəkdə biznes idarəetməsində uğurlar əldə edəcəyinə inanırıq. Marsola zəngin təcrübələrini övladımla bölüşdüyü üçün xüsusi təşəkkür edirik.
Övladlarımızın gələcəyin sahibkarları layihəsində iştirakı üçün çox məmnunuq. Dərslər, ofis-istehsalat ziyarətləri və rayon turu övladlarımızın gələcək düşüncələrinin formalaşmasında çox əhəmiyyət kəsb edir. Sahibkarlarla görüşlər və Marsol Group komandası ilə əlaqələr onlarda sahibkarlıq ruhunu yüksəldir.
Düşünürəm ki, bu il oğlumun həyatında gözəl dəyişiklik oldu. Ölkəmizin çoxsaylı şirkətlərinə səfərlər və şirkət rəhbərləri ilə olan söhbətlər uşaqların gələcəyinə çox şey qatacaq. Bu yolda əvəzsiz dəstəyi və qayğısına görə Marsol Karyera və İnkişaf Mərkəzinə çox təşəkkür edirəm.

Uşaqlar üçün "Fikirlərlə Oyun, Sözlərlə Səyahət", gənclər və peşəkarlar üçün "Düşüncəni Bölüşmək, Fikirdə Yaxınlaşmaq".
Ətraflı oxu
Ofis ziyarətləri gənclərin düşüncə sərhədlərini genişləndirir, onları sual verməyə, müşahidə etməyə və nəticə çıxarmağa təşviq edir.
Ətraflı oxu
Marsol Academy gənclərə və gənc sahibkarlara yönəlmiş sistemli sahibkarlıq təlim proqramları təqdim edir.
Ətraflı oxuƏn çox soruşulan sualların cavablarını topladıq. Axtardığınızı tapmadınızsa, bizə yazın.
Məsləhətçimiz sizə uyğun proqramı seçməkdə kömək edəcək.
Sual verƏsas proqramlarımız 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Bununla yanaşı, gənclər və peşəkarlar üçün də xüsusi təlimlər, master-klasslar, seminarlar və P4C sessiyaları təşkil edirik.
P4C (Philosophy for Children / Communities) iştirakçıların açıq suallar ətrafında birlikdə düşündüyü, fikirlərini əsaslandırmağı və başqasını dinləməyi öyrəndiyi müzakirə metodudur. Uşaqların tənqidi və yaradıcı düşünmə bacarıqlarını, emosional zəkasını və sosial bacarıqlarını gücləndirir.
İştirakçılar müxtəlif şirkətlərin ofislərinə və istehsalat sahələrinə səfər edir, şirkət rəhbərləri və mütəxəssislərlə görüşür, iş proseslərini yerində müşahidə edirlər. Ziyarətlər təlimlərin ayrılmaz praktik hissəsidir.
Sahibkarlıq dərslərini uğurla tamamlayan iştirakçılar sertifikat əldə edir və öz biznes ideyalarını potensial investorlar və mentorlar qarşısında təqdim etmək imkanı qazanırlar.
Təlim səhifəsindəki müraciət formasını doldurun, əlaqə səhifəsindən bizə yazın və ya telefonla əlaqə saxlayın. Komandamız sizinlə əlaqə saxlayıb ətraflı məlumat verəcək.
Siz də Marsol Academy ailəsinə qoşulun, gələcəyinizi daha parlaq qurun! Sualınız varsa, bizə yazın və ya zəng edin.